İbrahimoviç “Milan”da məşqçi kimi işə başladı

19 Sentyabr 2023 00:10 İtaliya 893
İbrahimoviç “Milan”da məşqçi kimi işə başladı

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Nyukasl”a qarşı keçiriləcək oyundan öncə İtaliya komandasının məşqində iştirak edib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı isveçli məşq zamanı “Milan”ın baş məşqçisi Stefano Pioliyə kömək edib.

İbrahimoviç bu yay təqaüdə çıxdığını açıqlayıb. “Milan” onun son klubu olub

. O, karyerası ərzində “Los Anceles Qalaksi”, “Mançester Yunayted”, PSJ, “Barselona”, “İnter”, “Yuventus”, “Ayaks” və “Malmö” kimi klublarda da çıxış edib.

“Milan” sentyabrın 19-da “Nyukasl”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu