“Əvvəlki məğlubiyyətlər məni maraqlandırmır, sabahı fikirləşirəm”

16 Sentyabr 2023 18:40 İtaliya 1 021
“Əvvəlki məğlubiyyətlər məni maraqlandırmır, sabahı fikirləşirəm”

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 4-cü turunda “İnter”lə oyunla bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, əvvəlki məğlubiyyətlərə əhəmiyyət vermədiyini bildirib:

“Mən əhəmiyyət vermirəm, keçmişin əhəmiyyəti yoxdur. Əvvəlki derbilərdəki məğlubiyyətlər məni maraqlandırmır.

Sabahı düşünürəm. Mənə maraqlıdır ki, komanda həll yollarını tapsın, öz futbolunu oynasın və rəqibi çətin vəziyyətə sala bilsin”.

“İnter” – “Milan” oyunu sentyabrın 16-da keçiriləcək.

Dörd turdan sonra “İnter” 9 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Milan” ikincidir (9 xal).

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"