"Mən çempion olmaq istəyirəm, çünki sonda bu, ən vacib şeydir

16 Sentyabr 2023 01:40 İtaliya 428
"Mən çempion olmaq istəyirəm, çünki sonda bu, ən vacib şeydir

“Milan”ın vingeri Kristian Pulişiç komandasının bu mövsüm İtaliya çempionu olmaq şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu çempion olmaq istədiklərini bildirib:

“Biz əminik. Güclü oyunçularımız var, komandaya keyfiyyətli futbolçular gəlib. Klubda çox gözəl istedadlar var.

Biz qalib gələ bilərik, sadəcə olaraq çalışmaq və yaxşı performans göstərmək lazımdır. Mövsümə əla başladıq.

Bilirəm ki, əlimizdən gələni edəcəyik. Mən çempion olmaq istəyirəm, çünki sonda bu, ən vacib şeydir”.

“Milan” A Seriyasında üç oyundan sonra topladığı 9 xalla əlavə göstəricilərə görə “İnter”dən geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti