"Danışdıq, amma nə danışdığımızı deməyəcəm"

16 Sentyabr 2023 01:30 İtaliya 788
"Danışdıq, amma nə danışdığımızı deməyəcəm"

“Roma”nın keçmiş futbolçusu Françesko Totti klubun baş məşqçisi Joze Mourinyo ilə söhbətindən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı sabiq futbolçu Mourinyo ilə söhbəti haqqında bunları deyib:

“Mourinyo məni klubda görmək istəyir? Məncə, bəli. Danışdıq, amma nə danışdığımızı deməyəcəm. Bəlkə, bu il, bəlkə, gələn il. “Roma”üçün darıxıram”.

Totti 1992-2017-ci illərdə “Roma”da çıxış edib, bundan sonra klubun direktoru vəzifəsinə təyin olunub. 2019-cu ilin iyununda isə o, “Roma”dan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"