Məşhur futbolçunu ağır cəza gözləyir? - Dopinq testi müsbət çıxdı

12 Sentyabr 2023 10:00 İtaliya 825
Məşhur futbolçunu ağır cəza gözləyir? - Dopinq testi müsbət çıxdı

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın İtaliya A Seriyasının 1-ci tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşıb.

Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba sözügedən görüşdə iştirak etməyib. Fransalı futbolçu sonadək ehtiyatda qalıb.

Paul Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə,o, maksimum 4 il diskvalifikasiya cəzası almaq riski ilə üz-üzədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"