Onunla 1 illik yeni müqavilə bağlayacaq - "Yuventus"

10 Sentyabr 2023 00:20 İtaliya 823
Onunla 1 illik yeni müqavilə bağlayacaq  -

“Yuventus” yarımmüdafiəçisi Adrien Rabiotla yeni müqavilə imzalamaq istəyir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu ən qısa zamanda fransalı futbolçu ilə danışıqlar aparmağı planlaşdırır.

Hazırkı müqavilə 2024-cü ilin iyul ayına qədər nəzərdə tutulub. Futbolçuya digər klublardan çoxlu sayda təklif gəlsə də, onun “Yuventus”la müqaviləsini uzatmaq istədiyi bildirilir.

Rabiotla “Mançester Yunayted” və “Arsenal” klublarının maraqlandığı deyilir.

28 yaşlı oyunçu bu mövsüm A Seriyasında üç matçda iştirak edib və bir qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"