
“Milan”ın qapıçısı Mayk Menyan gələcəkdə PSJ-yə qayıtma ehtimalını şərh edib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper Milan klubu ilə etibarlı müqaviləsi olduğunu bildirib:
“Mən parisliyəm, amma bu gün “Milan” ilə etibarlı müqaviləm var. Gələcəyə gəlincə, biz dəqiq heç nə bilə bilmərik”.
Menyan ötən mövsüm A Seriyasında 22 oyuna çıxıb, 21 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.