Premyer Liqanın iki klubu istəyir - “Milan”ın hücumçusunu

29 Avqust 2023 18:20 İtaliya 1 160
Premyer Liqanın iki klubu istəyir - “Milan”ın hücumçusunu

Belçika millisinin və “Milan”ın forvardı Divok Origi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, təcrübəli forvard “Bernli”nin maraq dairəsindədir.

İngiltərə klubunun təmsilçiləri forvard üçün “Milan”la danışıqları davam etdirir. Origini transfer etmək asan olmayacaq.

Məsələ burasındadır ki, “Vest Hem” də belçikalının xidmətində maraqlıdır.

28 yaşlı hücumçu “Lill”, “Liverpul”, “Volfsburq”da oynadıqdan sonra 2022-ci ildə “Milan”a keçib. Divokun “rossonyerlər”lə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"