"Xoşbəxtəm, amma nəticəyə görə bir az məyus oldum"

28 Avqust 2023 18:20 İtaliya 884
"Xoşbəxtəm, amma nəticəyə görə bir az məyus oldum"

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba komandasının A Seriyasının 2-ci turunda “Bolonya”ya qarşı keçirdikləri oyundan (1:1) danışıb.

Sportinfo.az xəbər verir ki, “DAZN”a açıqlama verən fransalı qalib gələ bilməməklərinə görə məyus olub:

"Uzun müddətdən sonra meydana qayıtdığım və sevdiyim işlə məşğul olduğum üçün çox şadam. Komandaya kömək etmək üçün buradayam.

Xoşbəxtəm, amma nəticəyə görə bir az məyus oldum. Üç xal qazana bilərdik. Yaxşı ki, uduzmadıq. Daha çox öyrənməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"