“Yuventus” öz meydanında məğlubiyyətdən qaçdı - VİDEO

28 Avqust 2023 00:00 İtaliya 777
“Yuventus” öz meydanında məğlubiyyətdən qaçdı - VİDEO

“Yuventus” İtaliya A Seriyasının II turunda xal itkisi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Turin klubu öz meydanında “Bolonya” ilə bacarmayıb - 1:1.

24-cü dəqiqədə Luis Ferqyuson qonaqları hesabda irəli keçirib. 80-ci dəqiqədə Duşan Vlahoviç bərabərliyi təmin edib.

“Yuventus” dörd xalla dördüncüdür. İlk xalını qazanan “Bolonya” 14-cü yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"