”Məqsədimiz ÇL-ə vəsiqə qazanmaqdır, sonrasına baxarıq”

23 Avqust 2023 10:20 İtaliya 879
”Məqsədimiz ÇL-ə vəsiqə qazanmaqdır, sonrasına baxarıq”

“Yuventus”un futbolçusu Federiko Kyeza komandasının 2023/24 mövsümündəki hədəfləri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, meydançada çox hərəkət etdiklərini deyib:

“Meydançada çox hərəkət edirik. Baş məşqçi Massimiliano Alleqrinin də bizdən istədiyi elə budur. Françesko Manyanellinin gəlişindən sonra yeni taktikanı sınaqdan keçirdik.

Alleqrinin də dediyi kimi, əsas məqsədimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Sonrasına baxarıq”.

“Yuventus” 2023/24 mövsümündə A Seriyasına uğurlu start verib. Onlar 1-ci turda “Udineze”ni 3:0 hesabı ilə məğlub ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"