“İnter”in baş direktoru Cüzeppe Marotta bildirib ki, komandanın keçmiş hücumçusu Aleksis Sançes ona İtaliya klubuna qayıtmaq istədiyini deyib.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi bu barədə belə deyib:
“Bəli, Sançes həqiqətən bura qayıtmaq istəyir. Aleksis bizə “İnter”ə qayıtmaq istəyi ilə bağlı aydın siqnallar göndərdi, bu, doğrudur”.
Aleksis Sançes 2019-cu ilin avqustundan 2022-ci ilin avqustuna kimi “İnter”də çıxış edib. O, komanda ilə birlikdə İtaliya çempionatının, eləcə də, ölkə kubokunun və superkubokunun qalibi olub.
34 yaşlı çilili forvard 2022/23 mövsümündə “Marsel”in heyətində 44 oyun keçirib və bütün yarışlarda 18 qol vurub. Hazırda o, azad agent statusundadır.

