İtaliyalı hücumçu ilə razılığa gəldi - "Yuventus”

18 Avqust 2023 00:10 İtaliya 1 027
İtaliyalı hücumçu ilə razılığa gəldi -

“Yuventus” “Sassuolo”nun futbolçusu Domeniko Berardi üçün təklif verəcək.

Sportinfo.az xəbər verir ki, Turin klubu italiyalı hücumçu üçün 20+4 milyon avro təklif edəcək.

Berardi və yaxın ətrafı onun “Yuventus”a keçmək istədiyini açıqlasa da, indiyədək “Sassuolo” danışıqlarda çox fəal olmayıb.

“Yuventus” artıq Berardi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transfer olacağı təqdirdə, o, bonuslar nəzərə alınmadan ildə təxminən 3 milyon avro maaşla 4 illik müqavilə imzalayacaq.

Berardi 2022/23 mövsümündə A Seriyasında 26 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"