“Bayern”dən “İnter”ə keçən qapıçı Yan Sommer İtaliya klubuna keçidini şərh edib.
Sportinfo.az xəbər verir ki, o, Milan klubunda şad olduğunu söyləyib:
“Motivasiyalıyam, çünki “İnter” tarixi ənənələri olan populyar klubdur. Karyeramda yeni çağırışı qəbul etdim.
Burada olmaqdan şadam. “İnter”in stadionunda oyuna çıxmağı və buradakı ab-havanı hiss etməyi səbirsizliklə gözləyirəm”.
Sommer yeni klubu ilə 3 illik müqavilə imzalanıb. “Neradzurra” bu keçid üçün almanlara 6 milyon avro ödəyib.

