“Özümü futbolçulara verdiyim “getməyəcəyəm” sözünün girovu kimi hiss etdim”

8 Avqust 2023 10:20 İtaliya 1 022
“Özümü futbolçulara verdiyim “getməyəcəyəm” sözünün girovu kimi hiss etdim”

Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn iki təklifi rədd etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, “Roma”nın baş məşqçisi təklifləri niyə qəbul etmədiyini açıqlayıb:

“Yayda Səudiyyə Ərəbistanından iki təklif aldım – “Əl-Hilal” və “Əl-Əhli”dən. Fikirləşdim və görüşə getməzdən əvvəl “Roma”nın sahibinə “razı olmayacam” dedim.

Ailəmə də belə dedim. Bir tərəfdən də, özümü futbolçulara, azarkeşlərə verdiyim sözün – getməyəcəyim sözünün girovu kimi hiss etdim.

Ancaq digər tərəfdən, bu təklifləri yalnız bu səbəbdən qəbul etmədiyimi soruşsaz, cavab verəcəm: Yox, təkcə buna görə yox”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"