Braziliyalı müdafiəçini Səudiyyə Ərəbistanı klubuna satdı

7 Avqust 2023 21:40 İtaliya 765
Braziliyalı müdafiəçini Səudiyyə Ərəbistanı klubuna satdı

“Roma”nın braziliyalı müdafiəçisi Rocer İbanez “Əl-Əhli”yə keçib.

Səudiyyə Ərəbistanı klubu romalılara 25 milyon və bonus olaraq 10 milyon avro ödəyib.

Sportinfo.az xəbər verir ki, sövdələşmə artıq hazırdır.

Futbolçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. İbanez ildə 10 milyon avro alacaq.

24 yaşlı futbolçu 4 mövsümdür “Roma”da çıxış edirdi. O, 2021/2022 mövsümündə komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"