"Klub rəhbərliyi hazırkı vəziyyəti düzgün dəyərləndirə bilsə, yaxşı işlər görə bilərik"

1 Avqust 2023 12:20 İtaliya 870
"Klub rəhbərliyi hazırkı vəziyyəti düzgün dəyərləndirə bilsə, yaxşı işlər görə bilərik"

“Yuventus”un futbolçusu Danilo Turin klubunun avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, klub rəhbərliyinin vəziyyəti düzgün dəyərləndirəcəyi halda, yaxşı işlər görə biləcəklərini söyləyib:

“Əlbəttə, avrokuboklarda çıxış etmək istəyirdik. Klub rəhbərliyi hazırkı vəziyyəti düzgün dəyərləndirə bilsə, yaxşı işlər görə bilərik.

Qarşıdakı mövsümdə diqqətimizi İtaliya çempionatına və kubokuna yönəltməliyik. Əsas məqsədimiz A Seriyasını qazanmaq və “Yuventus”u yenə də İtaliya futbolunun zirvəsinə aparmaqdır”.

Öncədən “qoca sinyora”nın avrokuboklardan kənarlaşdırılması haqda xəbər vermişdik.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"