“Premyer Liqadan məni transfer etmək istəyən klublar var” - “Yuventus”un müdafiəçisi

1 Avqust 2023 00:10 İtaliya 710
“Premyer Liqadan məni transfer etmək istəyən klublar var” - “Yuventus”un müdafiəçisi

“Yuventus”un müdafiəçisi Qleyson Bremer gələcək karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu, İngiltərə təmsilçilərinin onu transfer etmək istədiklərini bildirib:

“Bəli, Premyer Liqadan məni transfer etmək istəyən klublar var. Gözləməyə davam edə bilərlər. Çünki “Yuventus”da qalmaq istəyirəm”.

Öncədən “Tottenhem” və “Atletiko”nun futbolçu ilə maraqlandığı deyilirdi.

Bremer 2022-ci ilin iyulundan “qoca sinyora”da forma geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti