"Fiorentina"nın forvardını icarəyə götürəcək? - "Qarabağ"ın potensial rəqibi

31 İyul 2023 03:10 İtaliya 869
"Fiorentina"nın forvardını icarəyə götürəcək? - "Qarabağ"ın potensial rəqibi

"Fiorentina"nın hücumçusu Aleksandr Kokorinin xidmətində maraqlı olan komandalar var.

Sportinfo.az xəbər verir ki, rusiyalının meneceri Timofey Berdışev müştərisinin karyerasını Rusiyada və xaricdə davam etdirmək variantlarından danışıb:

"Aris"ə qayıtmaq? Bunu onlardan soruşmaq lazımdır. İndi hər şey "Fiorentina"dan asılıdır.

Çünki Kokorin onların oyunçusudur və orada oynayır. Hər hansı bir irəliləyiş olarsa, bundan xəbər tutacaqsız.

Bir daha deyirəm, Aleksandrın gələcəyi “Fiorentina”dan asılıdır. Kokorinin başqa variantları da var: həm RPL-də, həm də xarici klublardan".

32 yaşlı forvard ötən mövsümü icarə əsasında Limassolun "Aris" klubunda keçirib, sonra "Fiorentina"ya qayıdıb.

Rusiyalı hücumçunun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulub.

"Qarabağ" "Rakuv" səddini keçərsə, “Aris” – BATE (Borisov) cütünün qalibi ilə qarşılaşacaq.

Limassol təmsilçisi ilk oyunda rəqibinə 6:2 qalib gəlib. Limassol klubunun rəhbərliyi Kokorini yenidən icarəyə götürmək istədiyi bildirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti