Ən azı 150 milyon avro tələb edəcəyi məlum oldu

29 İyul 2023 15:40 İtaliya 993
Ən azı 150 milyon avro tələb edəcəyi məlum oldu

PSJ-nin hücumçusu Kilian Mbappenin imtinasından sonra “Əl-Hilal” klubu yeni forvard axtarışındadır.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmağa çalışacaq.

İtaliya klubunun prezidenti Aurelio De Laurentisin futbolçu üçün ən azı 150 milyon avro tələb edəcəyi məlum olub.

Osimhen 2022/2023 mövsümündə “Napoli”nin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 31 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, A Seriyasının bombardiri olub və komandasına İtaliya çempionluğunu qazanmağa kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM