Kayeranı bitir, gəl, millidə işlə - Federasiyadan təklif

28 İyul 2023 15:40 İtaliya 900
Kayeranı bitir, gəl, millidə işlə - Federasiyadan təklif

İtaliyalı qapıçı Canluici Buffon “Parma”dan ayrılıb futbolçu karyerasını başa vura bilər.

Sportinfo.az xəbər verir ki, Buffon İtaliya Futbol Federasiyasından bu ölkənin milli komandasının nümayəndə heyətinin rəhbəri olmaq təklifi alıb.

Daha əvvəl Buffonun Səudiyyə Ərəbistanı klubundan gələn təklifi rədd etdiyi bildirilirdi.

45 yaşlı qolkiper 18 mövsüm “Yuventus”un heyətində forma geyinib. O, 2018/2019 mövsümündə PSJ-də çıxış edib.

Buffon 1997-ci ildə İtaliya millisində debüt edib və 176 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"