Müdafiəçisini icarə əsasında İspaniya klubuna göndərdi

28 İyul 2023 12:00 İtaliya 909
Müdafiəçisini icarə əsasında İspaniya klubuna göndərdi

"Milan" klubu futbolçusu Matteo Qabbianı icarəyə verib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisini "Vilyarreal"a göndərib.

İtaliya arxa xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında La Liqa təmsilçisinin heyətində keçirəcək.

Matteo Qabbia "Milan"ın yetirməsidir. İtaliya U-21 millisinin sabiq üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"