Belçikalı forvardı sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək - PLAN

27 İyul 2023 18:40 İtaliya 1 093
Belçikalı forvardı sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürmək - PLAN

“Yuventus” “Çelsi” klubunun hücumçusu Romelu Lukakunu transfer etməyi düşünür.

Sportinfo.az xəbər verir ki, İtaliya klubunun planı belçikalı forvardı sonradan birdəfəlik almaq şərti ilə icarəyə götürməkdir.

“İnter” azarkeşləri Lukakunun “Yuventus”a mümkün keçidi ilə bağlı açıqlama yaymışdılar. Turin təmsilçisinin fanatları da 30 yaşlı futbolçunun transferinə müsbət münasibət göstərməyiblər.

Lukaku 2022/23 mövsümünü icarə əsasında “İnter”də keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"