"Onun haqda elə fikirlər eşitmişəm ki…"

26 İyul 2023 10:20 İtaliya 605
"Onun haqda elə fikirlər eşitmişəm ki…"

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççinin agenti Alessandro Luççi futbolçunun gələcək taleyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “İnter” və “Latsio”nun maraqlandığı futbolçunu “qoca sinyora”nın lideri adlandırıb:

“Bonuççi haqda elə fikirlər eşitmişəm ki… Onun əsas arzusu “Yuventus”da qalmaqdır. Leonardo dünya miqyasında tanınan futbolçu, İtaliya milli komandasının kapitanı və “Yuventus”un lideridir.

Olaylar fərqli istiqamətdə cərəyan etsə, yalnız onun səviyyəsinə uyğun variantları nəzərdən keçirə bilərik”.

Öncədən “Yuventus”un müdafiəçini satışa çıxardığı haqda xəbər vermişdik.

Bonuççi 2022/23 mövsümündə Turin təmsilçisinin heyətində 26 oyuna çıxıb, iki qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti