Yığmanın hücumçusu 36 yaşında karyerasını başa vurdu

24 İyul 2023 01:40 İtaliya 884
Yığmanın hücumçusu 36 yaşında karyerasını başa vurdu

“Mançester Yunayted”in və İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu haqda o, sosial şəbəkə hesablarında məlumat yayıb.

Rossi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb. O, klub səviyyəsində “Mançester Yunayted”, “Parma”, “Vilyarreal”, “Nyukasl”, “Fiorentina”, “Selta”, “Levante”, “Cenoa”, “Real Solt Leyk” klublarında çıxış edib.

Onun son klubu SPAL olub və sözügedən komandadan bu yay ayrılıb.

Rossi İtaliya millisinin heyətində 30 oyuna çıxıb və 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"