28 milyon avroluq transferə hazırlaşır - Tanınmış klub

23 İyul 2023 13:10 İtaliya 1 270
28 milyon avroluq transferə hazırlaşır - Tanınmış klub

“Vilyarreal”ın vingeri Samuel Çukvueze karyerasını “Milan”da davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə beş illik müqavilənin imzalanacağı bildirilir.

Onun keçidi “qırmızı-qaralar”a 28 milyon avroya başa gələcək.

Nigeriyalının La Liqa klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Çukvueze 2022/23 mövsümündə 50 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"