Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedəcək?

23 İyul 2023 00:20 İtaliya 855
Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedəcək?

Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, adıçəkilən ölkənin klublarından biri "İnter"in kapitanı Lautaro Martinesə cəlbedici təklif göndərib.

Ərəblər argentinalı hücumçuya ümumilikdə 240 milyon avro qazanacağı 4 illik müqavilə təklif edib. Futbolçu hələ ki, təklifə cavab verməyib.

"İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan transfer edib.

25 yaşlı forvard Milan təmsilçisinin heyətində meydana çıxdığı 238 rəsmi matçda 102 qol və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"