Xviça Kvaratsxeliya nəvaxtsa “qızıl top”u qazana bilər?

22 İyul 2023 10:00 İtaliya 662
Xviça Kvaratsxeliya nəvaxtsa “qızıl top”u qazana bilər?

“Napoli” jurnalının baş redaktoru Antonio Petrazzuolo gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın “qızıl top” uğrunda mübarizədə şanslarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, futbolçunun adıçəkilən mükafata yiyələnməsi üçün avrokuboklarda da uğurlu çıxış etməli olduğunu söyləyib:

“Xviça 2023/24 mövsümündə də əvvəlki mövsümdə olduğu kimi, yüksək səviyyədə çıxış etsə, “qızıl top” uğrunda mübarizəyə qoşula bilər.

Bunun üçün o, qarşıdakı illərdə ardıcıl olaraq yaxşı çıxış etməli, avrokuboklarda uğurlu olmalıdır”.

Kvaratsxeliya başa çatan mövsümdə Çempionlar Liqasında ən yaxşı gənc oyunçu adına yiyələnib. O, bu turnirdə 9 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti