Avstriyadan 15 milyon avroluq hücumçu gətirir - "Milan"

21 İyul 2023 22:00 İtaliya 1 793
Avstriyadan 15 milyon avroluq hücumçu gətirir -

"Milan" hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Zaltsburq"dan Noa Okaforu transfer edəcək.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

23 yaşlı forvardın sabah tibbi müayinədən keçəcəyi gözlənilir. "Milan" ön xətt oyunçusu üçün Avstriya klubuna 15 milyon avro ödəyəcək.

"Zaltsburq" Noa Okaforu 2020-ci ilin yanvar ayında "Bazel"dən transfer edib.

İsveçrə millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM