Keçmiş hücumçusunu geri qaytarmaq istəyir - "Yuventus"

21 İyul 2023 01:40 İtaliya 576
Keçmiş hücumçusunu geri qaytarmaq istəyir -

"Yuventus" sabiq hücumçusu Alvaro Moratanı geri qaytarmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Turin klubu 30 yaşlı futbolçu üçün "Atletiko" ilə danışıq aparır.

Amma ispaniyalı forvardı transfer etmək asan olmayacaq. Çünki "Roma", "Milan" və "İnter" da Mortanı heyətinə qatmaq istəyir.

Təcrübəli hücumçu ötən mövsüm "Atletiko"nun heyətində 45 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun Madrid təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir. Morta 2014-2016 və 2020-2022-ci illərdə "Yuventus"da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti