Xviça üçün 95 milyon ödəməyə hazırdır – Premyer Liqa təmsilçisi

17 İyul 2023 01:30 İtaliya 1 465
Xviça üçün 95 milyon ödəməyə hazırdır – Premyer Liqa təmsilçisi

“Napoli” və Gürcüstan milli komandasının üzvü Xviça Kvaratsxeliya İngiltərəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçuya “Nyukasl”dan maraq var.

Adıçəkilən klub Xviça üçün 95 milyon avrosundan keçməyə hazırdır. Premyer Liqa təmsilçisi “Napoli”yə ilk təklifi qarşıdakı həftə yollayacaq.

Xviçanın özünün İngiltərədə oynamaq istədiyi bildirilir. O, ötən mövsüm A seriyasında keçirdiyi 33 matçda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"