Paolo Maldinidən sonra oğlu Daniel də “Milan”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, bununla da, 1978-ci ildən bəri ilk dəfə klub sistemində Maldini ailəsindən heç kim olmayacaq.
Yayın əvvəlində Paolo Maldini texniki direktor vəzifəsindən qovulub, iyulun 10-da isə oğlu Daniel “Empoli”yə icarə əsasında keçib.
Maldini ailəsinin nümayəndələri 60 ildir ki, “Milan”da idi.
2021-ci ilin yanvarında bütün Maldini ailəsinin nümayəndələrinin Milan klubunda keçirdiyi oyunların ümumi sayı 1000-ə çatmışdı.
Maldini sülaləsinin həm oyunçu, həm məşqçi kimi “Milan”da fəaliyyəti Çezare Maldini ilə başlayıb.

