100 milyon avro qazana biləcəyi üç illik müqavilə - Ərəblərin təklifi

10 İyul 2023 15:40 İtaliya 1 410
100 milyon avro qazana biləcəyi üç illik müqavilə - Ərəblərin təklifi

“Juventus”un yarımmüdafiəçisi Pol Poqba Səudiyyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, daha əvvəl 30 yaşlı fransalı oyunçunun həftəsonunu Səudiyyə Ərəbistanında keçirdiyi bildirilirdi.

Futbolçu “Əl-İttihad”ın infrastrukturu ilə tanış olub. Səudiyyə Ərəbistanı klubu ona təxminən 100 milyon avro qazana biləcəyi üç illik müqavilə təklif edib.

Poqba keçən yay “Yuventus”a qayıtmışdı. O, zədə səbəbindən 2022/23 mövsümündə komandanın heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

“Əl-İttihad” bundan əvvəl Kərim Benzema və Nqolo Kante ilə müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti