10 milyonluq müdafiəçi transferi - Bundesliqadan A Seriyasına

8 İyul 2023 18:20 İtaliya 1 011
10 milyonluq müdafiəçi transferi - Bundesliqadan A Seriyasına

“Atalanta” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bayer”dən sol cinah müdafiəçisi Mitçel Bakkeri heyətinə qatıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Atalanta” bu transfer üçün “Bayer”ə 10 milyon avro ödəyib.

“Ayaks”ın yetirməsi olan Bakker PSJ-də də forma geyinib. O, Bundesliqa təmsilçisində 70 oyunda 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"