"DÇ-2022-də yer almayan İtaliya yığmasının problemini niyə həll etmir?

7 İyul 2023 18:40 İtaliya 755
"DÇ-2022-də yer almayan İtaliya yığmasının problemini niyə həll etmir?

Braziliyanın prezidenti Luis İnasio Lula da Silva italiyalı mütəxəssis Karlo Ançelottinin 2024-cü ildə milli komandanı çalışdıracağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı “Real”ın çalışdırıcısının əsl italiyalı olmadığını deyib:

“O, əsla italiyalı məşqçi olmayıb. İtaliyalı çalışdırıcıdırsa, DÇ-2022-də yer almayan İtaliya yığmasının problemini niyə həll etmir?”

Braziliya Futbol Konfederasiyası milli komandanın Fernando Dinizə tapşırıldığını açıqlayıb. Onunla 1 illik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya “Real”ında çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib.

O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-yadək qüvvədə olacağını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"