Pulda razılıq əldə olunmasa… Braziliyalı ilə ixtilaf

23 Mart 2023 10:20 İtaliya 266
Pulda razılıq əldə olunmasa… Braziliyalı ilə ixtilaf

“Milan” yayda hücumçusu Rafael Leaonu sata bilər.

Sportinfo.az xəbər verir ki, bu, klub 23 yaşlı portuqaliyalı ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməsə baş verəcək.

“Milan” futbolçuya illik 6 milyon avro maaşla müqavilə təklif edib və bu məbləği 7 milyona yüksəltmək imkanı var. Futbolçunun özü isə bonuslar istisna olmaqla, ildə 7,5 milyon avro sabit gəlir istəyir.

Leaonun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2019-cu ilin avqustundan “Milan”da çıxış edir.

Futbolçu 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 35 matçda 9 qol vurub və 10 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti