“Real” əvəzləyici tapdı - 33 yaşlı kolumbiyalını

18 May 2022 00:10 İtaliya 685
“Real” əvəzləyici tapdı - 33 yaşlı kolumbiyalını

“Napoli”nin qapıçısı David Ospina karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Marca” nəşri yayıb.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı kolumbiyalı qolkiperi Tibo Kurtuanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Ospina 2018-ci ildən “Napoli”də çıxış edir. O, Napoli komandasının heyətində 103 matçda 96 qol buraxıb və 39 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Ospina əvvəllər Londonun “Arsenal”, Fransanın “Nitsa” və Kolumbiyanın “Atletiko Nasional” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti