"Sumqayıt" çətin vəziyyətlə üz-üzə qalıb.
"Kimyaçılar" yeni transfer Jeymes Almeydanı bu mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş etməyəcək.
Yay təlim-məşq toplanışında ağır zədə alan kiper ən yaxşı halda yanvar ayında yaşıla meydanlara qayıda biləcək.
Sonrasının necə olacağı isə sual olaraq qalır.
Kimsə deyəbilər ki, sifariş olunsun, qayıdanda komandasına kömək edər.
Problem ondadır ki, AFFA legioner limitinin ləğvindən sonra 13-cü əcnəbi oyunçuya görə 100 min manat rüsum təyin edib.
Klub rəhbərliyi də həmin məbləği ödəməmək üçün bu addımı atmaq məcburiyyətində qalıb.
Yeni hadisə deyil.
Daha əvvəl "Zirə"nin də bənzər halla üzləşdiyini xəbər vermişdik.
"Qartallar" eyni səbəbdən zədəli yeni transfer Maykon Kleytonu sifariş etməyəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
