“Sumqayıt” növbəti Yay Futbol Düşərgəsinə start verdi - FOTOLAR

28 Avqust 08:10 Sumqayıt 455
“Sumqayıt” növbəti Yay Futbol Düşərgəsinə start verdi -  FOTOLAR

“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib.

Sportinfo.az xəbər verir ki, klubun təşkil etdiyi layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilir.

Avqustun 27-də başlayan düşərgə 9 gün davam edəcək və 3 qrup üzrə təşkil olunacaq. Layihədə Sumqayıt şəhərində yerləşən məktəb və liseylərin 100-ə yaxın oğlan və qız şagirdi iştirak edəcək.

“Yay Futbol Düşərgəsi” layihəsi 2014-cü ildən təşkil edilir. Bu müddət ərzində 1200-dən çox məktəbli layihənin iştirakçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM