Bu keçid müqabilində qarşı tərəfə təzminat ödədilər

03:00 Sumqayıt 64
Bu keçid müqabilində qarşı tərəfə təzminat ödədilər

Ötən mövsümün ikinci yarısını icarə əsasında “Sumqayıt”da keçirən Danilo Beskorovayni müqavilə ilə məxsus olduğu “Polissya”da da qalmayıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi bu dəfə Ukrayna klubunu birdəfəlik tərk edib.

Ukrayna gənclər millisinin sabiq üzvü karyerasını Polşada davam etdirəcək. Beskorovayni “Lexiya”ya transfer olunub.

Qdansk təmsilçisi bu keçid müqabilində qarşı tərəfə müəyyən təzminat ödəyib. Oyunçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Danilo Beskorovayni ötən mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 14 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar