Tanınmış hücumçu keçmiş klubuna qayıtdı, birillik müqavilə imzaladı

27 Avqust 2023 01:40 İtaliya 1 652
Tanınmış hücumçu keçmiş klubuna qayıtdı, birillik müqavilə imzaladı

Çilili hücumçu Aleksis Sançes karyerasını yenidən “İnter”də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı forvardla birillik müqavilə imzalanıb.

A.Sançes son olaraq Fransada “Marsel”in formasını geyinib. O, daha əvvəl 2019-2022-ci illərdə “İnter”də oynayıb.

Həmin zaman futbolçu 109 matçda 20 qol vurub, üç titul əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"