"Barselona" 4 aparıcı futbolçusu ilə müqaviləni yenilədi

21 Oktyabr 2020 17:38 İspaniya 494
"Barselona" 4 aparıcı futbolçusu ilə müqaviləni yenilədi

"Barselona" 4 futbolçusu ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, bunlar qapıçı Mark-Andre ter Ştegen, müdafiəçilər Jerar Pike ilə Kleman Lanqle və yarımmüdafiəçi Frenki de Yonqdur.

Pike ilə 30 iyun 2024-cü, Ter Ştegenlə isə 30 iyun 2025-ci ilədək sözləşmə imzalanıb. Hər iki futbolçunun təzminat haqqı 500 milyon avro qiymətləndirilib.

De Yonq və Lanqlenin müqaviləsi isə 30 iyun 2026-cı ilədək uzadılıb. De Yonqun təzminat qiyməti 400 milyon, Lanqlenin isə 300 milyon avrodu.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!