Aşağı liqa futbolçusu formasını 50 avroya satdı: “Mən milyonçu deyiləm“ - VİDEO

17 Aprel 2024 08:20 İspaniya 1 328
Aşağı liqa futbolçusu formasını 50 avroya satdı: “Mən milyonçu deyiləm“ - VİDEO

İspaniya 3-cü Liqasında mübarizə aparan “Malaqa”lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.

Sportinfo.az xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.

Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək formanı alıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçu tənqid olunub.

O, bu hadisədən sonra üzr istəyib:

“Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü.

Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar