İspaniya millisinin sabiq yarımmüdafiəçisi, hazırda “Saraqosa”da çıxış edən Ander Herrera “Mançester Yunayted”də birlikdə çalışdığı portuqaliyalı məşqçi Joze Mourinyo haqda danışıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, o, Mourinyonun futbolçularla münasibətindən və “Real”dakı mümkün təsirindən söz açıb:
“Mourinyo əsl kişilərin məşqçisidir. O, futbolçuların indiki qədər həssas olmadığı dövrdə çalışıb.
İndi isə “Real”da ciddi təzyiqlə üzləşməlidir. Son iki ildə, “Barselona”nın üstün olduğu bir vaxtda klub çətin dövr yaşayıb.
Joze La Liqada vəziyyəti dəyişə biləcək məşqçidir. O, ilk dəfə “Real”a gələndə də bunu bacarmışdı”.
“Real” son turda səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Madrid təmsilçisi hazırda La Liqada kataloniyalılardan 3 xal geri qalır.
