“Real”ın hücumçusu İtaliya yolunda - “Roma” və “Milan” xidmətində maraqlıdır

00:10 İspaniya 84
“Real”ın hücumçusu İtaliya yolunda - “Roma” və “Milan” xidmətində maraqlıdır

“Real”ın hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” və “Milan” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Hər iki klub hücum xəttini gücləndirmək üçün Endrikin vəziyyətini yaxından izləyir.

Bununla belə, transferin mütləq yanvarda reallaşacağı gözlənilmir. İtaliya təmsilçiləri braziliyalı hücumçunu növbəti transfer pəncərələrində də heyətinə qatmağa cəhd edə bilər.

Endrik bu mövsüm bütün turnirlərdə 4 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM