“Real”ın müdafiəçisi Trent Aleksander-Arnold yaxın gələcəkdə İngiltərəyə qayıtmağı planlaşdırmır.
İngiltərəli futbolçu Madrid təmsilçisinin start heyətində müntəzəm yer ala bilmədiyindən, onun yanvarda vətəninə qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Premyer Liqanın bir sıra klubları “Liverpul”un sabiq oyunçusunu heyətinə qatmaqda maraqlıdır.
Ancaq Aleksander-Arnold komandadan ayrılmaq niyyətində deyil. O, “Real”da qalaraq baş məşqçi Joze Mourinyoya özünü sübut etmək istəyir.
28 yaşlı müdafiəçi 2025-ci ilin yayında “Real”a keçib. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
