“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə İtaliya A Seriyasının bir neçə klubu maraqlanır.
Bununla belə, müdafiəçiyə ən böyük marağı “Atletiko” göstərir.
Martines cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 9 oyunda meydana çıxıb və 1 qol vurub.
Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarında başa çatacaq. “Transfermarkt” portalı argentinalı müdafiəçinin dəyərini 45 milyon avro qiymətləndirir.
