“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Barselona” rəhbərliyi komandanın hücumçusu Rafinya Diasın Braziliya millisinə dəvət olunmasına təəccüblənib.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Kataloniya klubunun narahatlığına səbəb braziliyalı vingerin zədədən yenicə qayıtmasıdır. O, ötən beynəlxalq fasilə zamanı milli komandanın düşərgəsində zədələnmişdi.
“Barselona” rəhbərliyi Rafinyanın qarşıdakı yoxlama matçlarında iştirak etmək üçün yenidən milliyə yollanmasının onun durumuna mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi noyabrda iki yoxlama oyunu keçirəcək. “Sambaçılar” noyabrın 14-də Yaponiya, 17-də isə Sinqapur yığmaları ilə qarşılaşacaqlar.
