“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes komandasının La Liqanın 11-ci turunda “Alaves” üzərində qazandığı 6:1 hesablı qələbəni dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, PSJ (2:4) və “Real”la (1:2) oyunlardakı məğlubiyyətlərdən sonra komandanın yaşadığı çətinliklərdən danışıb:
“Bizim üçün çətin həftə oldu. Vəziyyəti düzəltmək üçün “Kamp Nou”ya qayıtmaqdan və azarkeşlərimizin qarşısında oynamaqdan daha yaxşı ssenari ola bilməzdi.
Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik və əsl səviyyəmizə qayıda bildik. İndi isə bu cür oynamağa davam etməliyik”.
“Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 25 noyabrda, Bakıda olacaq.
