“Real”ın hücumçusu Endrik yanvar transfer dönəmində klubunu dəyişə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo 20 yaşlı futbolçunun icarəyə verilməsinə etiraz etmir.
Bununla belə, portuqaliyalı mütəxəssis forvardın uzunmüddətli gələcəyini “Real”da görür.
Daha əvvəl Endrikin “Milan”a mümkün keçidi ilə bağlı xəbərlər yayılmışdı.
Braziliyalı hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 40 milyon avro qiymətləndirilir.
Endrik cari mövsümdə La Liqada 3 oyunda meydana çıxıb.
